
Samsung Galaxy Z Flip 6-nın əsas arxa kamera göstəriciləri ortaya çıxıb
Cihazlar+
21.05.2024
Emil
Samsung şirkətinin yay fəslində təqdim edəcəyi gözlənilən yeni qatlana bilən Galaxy Z Flip 6 smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Bu dəfə sözügedən smartfonun əsas arxa kamerası barəsində məlumatlar ortaya çıxıb. Belə ki, Galaxy Z Flip 6 smartfonu Camera FV-5 adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bunun sayəsində smartfonun əsas arxa kamerası barəsində təfərrüatlar məlum olub.
Beləliklə ortaya çıxmış məlumatlara əsasən Galaxy Z Flip 6 smartfonu 12.5 MP-lik əsas arxa kameranı əldə edəcək. Bununla belə əsas arxa kamera piksellərin birləşməsi texnologiyasının dəstəyinə sahib olacaq. Bu isə öz növbəsində 50 MP-lik kameranın görüntü keyfiyyətini təmin edə bilər. Bununla yanaşı məlumatda qeyd edilib ki, kamera həm optik həm də elektron stabilizasiya funksiyalarını əldə edəcək. Onun diafraqma göstəricisi f/1.8, fokus məsafəsi isə 5.4 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən il təqdim edilmiş Galaxy Z Flip 5 smartfonu 12 MP-lik əsas arxa kameraya sahibdir.
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Samsung Galaxy F54 smartfonu OneUI 6.1-i əldə etməyə başlayıb
Samsung şirkəti öz cihazlarında OneUI 6.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə növbə Galaxy F seriyasının smartfonuna çatıb. Söhbət, Galaxy F54-dən gedir.

Cihazlar+
Samsung Galaxy S25 smartfonu daha baha qiymətə satıla bilər
Samsung şirkəti gələn ilin əvvəlində Galaxy S25 flaqman smartfonunu təqdim edəcək. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Galaxy S25-in satış qiyməti barəsində vacib bir məlumatı çatdırıb.

Cihazlar+
Samsung Galaxy Z Fold 6-nın qatlanan ekranı üzərində qatlanma izi daha az nəzərə çarpacaq
Samsung şirkəti yay fəslində qatlana bilən Galaxy Z Fold 6 smartfonunu təqdim etməlidir. Ice Universe ləqəbli məşhur insayder isə öz növbəsində sözügedən smartfonun daxili ekranının əsas müsbət özəlliklərindən birini açıqlayıb.

Cihazlar+
Samsung Galaxy Watch 7 və Watch FE smart saatları sertifikatlaşdırmadan keçiblər
Son məlumat sızıntılarına əsasən Samsung şirkəti növbəti Galaxy Unpacked tədbirini yay fəslində keçirəcək.

Cihazlar+
Samsung Galaxy M35-in yeni render fotoları təqdim edilib
Hələ təqdim olunmamış Samsung Galaxy M35 smartfonu iki gün bundan öncə Google Play Console servisində ortaya çıxdı.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
