Logo
    main-post-cover

    Samsung Galaxy Z Flip 7-nin hansı prosessoru əldə edəcəyi açıqlanıb

    Cihazlar+
    23.05.2025
    Emil
         Qatlana bilən Samsung Galaxy Z Flip 7 flaqman smartfonu barədə indiyə qədər yalnız onun ekranının ön panelin bütün sahəsini əhatə edəcəyi məlum idi. İndi isə Cənubi Koreya nəhənginin bu cihazda hansı prosessordan istifadə edəcəyi ilə bağlı məlumat ortaya çıxıb. Galaxy S25 flaqman seriyası Qualcomm-un Snapdragon 8 Elite prosoessoru əsasında qurulub, çünki Samsung Exynos 2500 prosessorunun kütləvi istehsalını vaxtında təmin edə bilmədi.
         Lakin Sammobile portalının mənbələrinin məlumatına görə, şirkət bu problemi artıq aradan qaldırıb və Galaxy Z Flip 7-nin istehsalında öz Exynos 2500 prosessorundan istifadə etməyə hazırdır. Bununla belə, Galaxy Z Flip 7 ilə birlikdə təqdim olunacaq Galaxy Z Fold 7 modeli Exynos 2500 prosessorunu əldə etməyəcək və Snapdragon 8 Elite ilə təqdim olunacaq. Lakin insayderlər qeyd edirlər ki, yeni prosessorla təchiz olunmuş Galaxy Z Flip 7 modeli bütün regionlarda əlçatan olmayacaq.
         Exynos 2500 prosessoru ilə təchiz olunmuş və S5E9955 model nömrəsini daşıyan versiyanın Avropa və Koreyada satışa çıxacağı dəqiq hesab olunur. ABŞ, Çin və Kanadada isə cihaz Qualcomm prosessoru ilə təqdim ediləcək. Exynos 2500 barədə məlum olan odur ki, bu prosessor Samsung Foundry-nin ikinci nəsil 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb. O, 10 nüvəyə malikdir və əsas nüvə 3.3 GHz tezliyində çalışan Cortex-X925-dir. Qrafik çip isə AMD RDNA 3.5 arxitekturasına əsaslanan Xclipse 950-dir. Galaxy Z Flip 7 və Galaxy Z Fold 7 modellərinin təqdimatı iyul ayında gözlənilir.
    Paylaş