Logo
    main-post-cover

    Samsung Galaxy Z Fold 5 ilə Z Flip 5 alıcılar arasında böyük tələbata sahibdirlər

    Cihazlar+
    11.08.2023
    Emil
        Keçən ayın sonunda Samsung şirkəti yeni qatlana bilən smartfonları Galaxy Z Fold 5 ilə Z Flip 5-i təqdim etdi. Sözügedən smartfonlar artıq satışdadırlar. Verilmiş yeni statistik məlumata əsasən Samsung-un yeni qatlana bilən smartfonları alıcılar arasında böyük məşhurluğa sahibdirlər. Təkcə Cənubi Koreyada bu smartfonlar ümumilikdə 1 020 000 ön sifariş yığıblar. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən il Galaxy Z Fold 4 ilə Z Flip 4 ümumilikdə 970 000 ön sifariş yığmışdılar.
        Galaxy Z Fold 5 isə özünəməxsus rekorda imza atıb. Samsung-un yeni qatlana bilən smartfonlarına yüksək tələbat bir qədər təəccübləndirir. Belə ki, onlar keçən ilki Galaxy Z Fold 4 ilə Z Flip 4-dən o qədər də fərqlənmirlər. Digər ölkələr üzrə yeni qatlana bilən smartfonların ön sifariş statistikaları məlum deyil. Lakin keçən ayın sonunda baş tutmuş Galaxy Unpacked tədbiri çərçivəsində şirkət bildirmişdi ki, onun bütün dünyadakı smartfon satışlarının 20%-ni məhz qatlana bilən smartfonlar təşkil edirlər.
    Paylaş
    Bənzər xəbərlər