main-post-cover

    Samsung Galaxy Z Fold 5 ilə Z Flip 5 gözlənildiyindən daha tez təqdim oluna bilərlər

    Cihazlar+
    16.05.2023
    Farid Pardashunas
        Adətən Samsung şirkəti yeni qatlana bilən smartfonlarını avqust ayında keçirilən Galaxy Unpacked tədbiri çərçivəsində təqdim edir. Lakin bir neçə həftə bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkət bu il Galaxy Unpacked tədbirini avqust ayında deyil, iyul ayında keçirə bilər. İndi isə insayderlər bu məlumatı təsdiqləyiblər. Onların sözlərinə əsasən Samsung şirkəti qatlana bilən Galaxy Z Fold 5Galaxy Z Flip 5 smartfonlarını 26 iyul tarixində təqdim edəcək.
        Qeyd etmək lazımdır ki, 2021-ci ildə Galaxy Unpacked tədbiri İspaniyada, 2022-ci ildə isə ABŞ-da baş tutmuşdu. İnsayderlər bildiriblər ki, şirkət bu il Galaxy Unpacked tədbirini Seulda keçirtmək qərarına gəlib. Qeyd etmək lazımdır ki, şirkət Galaxy Unpacked tədbirində yeni qatlana bilən smartfonları ilə yanaşı həmçinin Galaxy Watch 6 smart saat seriyasını, Galaxy Tab S9 planşet seriyasını və Galaxy Buds 3 naqilsiz qulaqlığını təqdim etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər