
Samsung Galaxy Z Fold 5 ilə Z Flip 5-in dözümlülük testləri sərgilənib (VİDEO)
Dünən Samsung şirkəti yeni qatlana bilən smartfonları olan Galaxy Z Fold 5 ilə Z Flip 5-i təqdim etdi. İndi isə şirkət sözügedən smartfonların hansı testlərdən keçdiklərini əks etdirən videonu bölüşüb. Bu cür smartfonlar üçün dözümlülük testləri xüsusi olaraq vacib xarakter daşıyırlar. Belə ki, qatlana bilən smartfonlar üçün adətən dözümlülük tələbləri çox yüksək olur. Beləliklə videodan da görmək olar ki, Samsung öz qatlana bilən smartfonlarını 200 000 dəfə qatlayıb açmaqla onların bükülməyə qarşı dözümlüklərini yoxlayır.
Bu, smartfonlarıın sahib olduqları şarnir konstruksiyasının etibarlığını və ekranların bu cür yüklənmələrə necə tab gətirdiklərini təyin etmək üçün edilir. Daha sonra smartfonlar fırlanan xüsusi qurğunun daxilinə yerləşdirilir. Bu qurğu daxilində smartfonların düşüşləri imitasiya edilir. Smartfonların gövdələrinin IPX8 standartı üzrə suya davamlı olduqlarını öyrənmək üçün şirkət onları suya daxil edir.
Növbəti mərhələdə isə smartfonların gövdələrinin su damcılarına olan dözümlülüklərini yoxlamaq üçün onlar hər tərəfdən suvarmaya məruz qalırlar. Əlavə olaraq smartfonların müxtəlif temperatur göstəricilərinə və nəmişliyə nə dərəcədə dözümlü olduqlarını yoxlamaq üçün onları digər bir xüsusi qurğu daxilinə yerləşdirirlər. Qatlana bilən smartfonların testləri çərçivəsində ən vacib olan mərhələlərdən biri də onların yüksək hündürlükdən sərt səth üzərinə atılmalarıdır.
Paylaş
Bənzər xəbərlər