Logo
    main-post-cover

    Samsung Galaxy Z Fold 5 ilə Z Flip 5-in ekranları barəsində yeni məlumat verilib

    Cihazlar+
    12.04.2023
    Emil
        Ice Universe ləqəbli məşhur insayder Samsung-un növbəti qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5 barəsində yeni məlumatlar təqdim edib. Təqdim edilmiş yeni məlumatlar sözügedən smartfonların ekran ölçülərini əhatə edirlər. Beləliklə insayderin sözlərinə əsasən Galaxy Z Fold 5 smartfonu 7.6 düym daxili ekran və 6.2 düym xarici ekran ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 4 də eyni ekran ölçülərinə sahibdir.
        Məlumatda qeyd edilib ki, Galaxy Z Fold 5-in qatlanma konstruksiyası damcı formalı olacaq. Bu isə öz növbəsində daxili ekran üzərində qatlanma izlərinin aradan qalxmasına imkan verəcək. Galaxy Z Flip 5-ə gəldikdə isə o, 6.7 düym daxili və 3.4 düym xarici ekran ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Galaxy Z Flip 4 modeli 1.9 düym xarici ekrana sahibdir. Samsung-un bu yeni qatlana bilən smartfonlarının avqust ayında təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər