Logo
    main-post-cover

    Samsung Galaxy Z Fold 5-in Avropadakı satış qiymətləri məlum olub

    Cihazlar+
    12.07.2023
    Emil
        Samsung bu ayın sonunda yeni qatlana bilən Galaxy Z Fold 5 ilə Z Flip 5 smartfonlarını təqdim edəcək. Galaxy Z Flip 5-in Avropadakı satış qiymətləri artıq ortaya çıxıb. İndi isə Galaxy Z Fold 5–in Avropadakı satış qiymətləri barəsində məlumat verilib. Məlumatda qeyd edilib ki, sözügedən yeni qartlana bilən smartfon bazara 256/ 512 GB 1 TB daxili yaddaş versiyalarında satışa çıxacaq. 256 GB yaddaşa sahib model 1899 avroya, 512 GB yaddaşa sahib model 2039 avroya, 1 TB yaddaşa sahib model isə 2279 avroya satılacaq. Beləliklə Galaxy Z Fold 5 modeli hal hazırda aktual olan Galaxy Z Fold 4-dən Avropada 100-120 avro daha baha qiymətə satılacaq. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 5 ilə Z Flip 5 smartfonları 26 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbirində təqdim olunacaqlar.
    Paylaş
    Bənzər xəbərlər