Logo
    main-post-cover

    Samsung Galaxy Z Fold 5-in bəzi özəllikləri təsdiqlənib

    Cihazlar+
    24.07.2023
    Emil
        Evan Blass adlı məşhur insayder 26 iyul tarixində təqdim ediləcək Galaxy Z Fold 5 smartfonu barəsində yeni materialları təqdim edib. Təqdim edilmiş materiallar bir daha smartfonun ekranlarının ölçülərini, batareya həcmini və arxa kamera göstəricilərini təsdiqləyiblər. Beləliklə təqdim edilmiş materiallara əsasən Galaxy Z Fold 5 smartfonu 7.6 düym daxili ekran və 6.2 düym xarici ekran ilə təchiz olunacaq. Qatlanmış vəziyyətdə smartfonun qalınlığı 13.4 mm, tam açıq vəziyyətdə isə 6.1 mm təşkil edəcək.
        Batareya həcminə gəldikdə Galaxy Z Fold 5 modeli 4400 mAh enerji tutumlu batareyanı özündə birləşdirəcək. İnsayder tərəfindən təqdim edilmilş materiallarda əks edilmiş məlumatlardan birində qeyd edilib ki, Samsung-un yeni qatlana bilən smartfonu 73 saat ərzində musiqi oxutma rejimində və 21 saat video oynatma rejmində çalışa biləcək. Bununla yanaşı smartfonun arxa kameralarının göstəriciləri də təsdiqlənib. Beləliklə Galaxy Z Fold 5 smartfonu 50 MP + 12 MP + 10 MP üçlü arxa kameraya sahib olacaq.
    Paylaş
    Bənzər xəbərlər