
Samsung Galaxy Z Fold 5-in ölçüləri təsdiqlənib
Ice Universe ləqəbli məşhur insayder Samsung şirkətinin hələ təqdim edilməmiş qatlana bilən Galaxy Z Fold 5 smartfonu barəsində məlumat verməyə davam edir. İnsayderin sözlərinə əsasən sözügedən smartfon qatlanmış vəziyyətdə 154.9× 67.1×13.4 mm, tam açıq vəziyyətdə isə 154.9×129.9×6.3 mm ölçülərə sahib olacaq. Bu cür ölçülər sayəsində Galaxy Z Fold 5 modeli Galaxy Z Fold 4 modelindən 0.2 mm daha nazik olacaq.
Galaxy Z Fold 4 ilə müqayisədə Galaxy Z Fold 5-in ölçülərinin bir qədər kiçildilməsi öz növbəsindöə yeni qatlana biıən smartfonun 9 qramm daha yüngül olmasına şərait yaradacaq. Məlumata əsasən Galaxy Z Fold 5-in ümumi çəkisi 254 qramm təşkil edəcək. Galaxy Z Fold 5 iki ədəd OLED ekran ilə təchiz olunacaq və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Onun Galaxy Z Flip 5 ilə birlikdə avqust ayında təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər