
Samsung Galaxy Z Fold 5-in satış qiyməti barəsində məlumat verilib
Samsung-un yeni qatlana bilən smartfonu olacaq Galaxy Z Fold 5 barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Bu dəfə insayderlər smartfonun satış qiyməti barəsində məlumat veriblər. Onların sözlərinə əsasən hal hazırda aktual olan Galaxy Z Fold 4 ilə müqayisədə Galaxy Z Fold 5 bir qədər ucuz qiymətə satılacaq. Çox güman ki, söhbət, 1699$ satış qiymətindən gedir.
Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda Galaxy Z Fold 4-ün satış qiyməti 1799$ təşkil edir. Son məlumat sızıntılarına əsasən Galaxy Z Fold 5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib QXGA+ keyfiyyətli 7.6 düym daxili ekran, HD+ keyfiyyətli 6.2 düym xarici ekran, Snapdragon 8 Gen 2 prosessoru, 12 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP + 12 MP+ 12 MP üçlü arxa kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...