
Samsung Galaxy Z Fold 5 və Z Flip 5-in gövdələri barəsində məlumat verilib
Cihazlar+
08.06.2023
Emil
Dünən məlum oldu ki, Samsung şirkəti öz yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5-in nə zaman təqdim ediləcəklərini təsdiqləyib. Belə ki, sözügedən yeni qatlana bilən smartfonlar iyul ayının sonunda baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində təqdim olunacaqlar. İnternetdə isə onlar barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə insayderlər smartfonların gövdələrinin hansı şəkildə qorunacaqları barəsində məlumat veriblər. Onların sözlərinə əsasən Galaxy Z Fold 5 ilə Z Flip 5-in gövdəsi IP58 standartı üzrə sudan və tozdan qorunacaq. Maraqlısı ondadır ki, Samsung müasir flaqman smartfonlarda olan IP68 standartından imtina edib. Bununla belə qatlana bilən smartfonlar sinifi üçün IP58 də yaxşı qoruma standartı rolunda çıxış edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
