
Samsung Galaxy Z Fold 5 və Z Flip 5 smartfonları daha nazik və yüngül olacaqlar
Cihazlar+
20.07.2023
Emil
Samsung-un mobil texnologiyalar şöbəsinin prezidenti Galaxy Z Fold 5 ilə Z Flip 5 barəsində yeni məlumat verib. Onun sözlərinə əsasən təqdimata hazırlaşan yeni smartfonlar Galaxy Z seriyasının əvvəlki modellərindən daha nazik və yüngül olacaqlar. “Qalınlıq məsələsində millimetrlik fərq əhəmiyyətsiz bir fərq kimi görünsə də, qatlana bilən cihazın hər qrammı ilə millimetri ciddi texnoloji inkişafı tələb edir. Hər şey düzgün şəkildə reallaşdırıldığı halda istifadəçilər üçün fayda böyük olur. Buna görə də biz öz yeni qatlana bilən cihazlarımızı əvvəlki modellərdən daha yüngül və nazik etmək üçün innovasiyaları inteqrasiya etməli olduq” - deyə məlumatda qeyd edilib.
Daha öncəki məlumat sızıntılarına əsasən Samsung öz yeni qatlana bilən smartfonlarını daha nazik və yüngül etmək üçün yeni növ şarnir konstruksiyasından istifadə edib. Yeni növ şarnir konstruksiyası hesabına hətta Galaxy Z Fold 5 modeli tam qatlanmış vəziyyətdə öz iki ekranı arasındakı boş aralıq hissədən məhrum olub. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 5 ilə Z Flip 5 smartfonları 26 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində təqdim olunacaqlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
