Logo
    main-post-cover

    Samsung Galaxy Z Fold 5 və Z Flip 5 üçün proqram təminatı yenilənməsi təqdim edilib

    Cihazlar+
    05.10.2023
        Samsung şirkəti özünün yeni qatlana bilən smartfonları üçün proqram təminatı yenilənməsini istifadəyə verməklə onları yaxşılaşdırmağa davam edir. Söhbət Galaxy Z Fold 5 ilə Z Flip 5 smartfonlarından gedir. Proqram təminatı yenilənməsi Galaxy Z Fold 5 üçün F946USQS1AWI3 nömrəsi altında, Galaxy Z Flip 5 üçün isə F731USQS1AWI3 nömrəsi altında istifadəyə verilib.
        Sözügedən proqram təminatı yenilənməsi sözügedən smartfonların ilk növbədə ABŞ-dakı istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın zamanda yenilənmə Galaxy Z Fold 5 ilə Z Flip 5-in digər ölkələrdəki istifadəçiləri üçün də aktiv olacaq. Proqram təminatı yenilənməsi vasitəsilə Samsung tərtibatçıları bu qatlana bilən smartfonlardakı kritik səhvləri aradan qaldırıblar və onlara Google şirkətinin aktual təhlükəsizlik yenilənməsini əlavə ediblər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy Z Fold 5 və Z Flip 5 üçün proqram təminatı yenilənməsi təqdim edilib | Technote