
Samsung Galaxy Z Fold 6-da əsas arxa kamera dəyişilməz olaraq qalacaq
Cihazlar+
23.10.2023
Emil
Samsung şirkəti gələn il qatlana bilən Galaxy Z Fold 6 smartfonunu təqdim edəcək. Ice Universe ləqəbli məşhur insayderin sözlərinə əsasən sözügedən yeni qatlana bilən smartfonda elə də ciddi dəyişiklikləri gözləməyə ehtiyac yoxdur. Təbii ki, hansısa dəyişikliklər olacaq. Lakin yeni smartfon hal hazırda aktual olan Galaxy Z Fold 5-dən cüzi fərqlənəcək. İnsayderin sözlərinə əsasən Galaxy Z Fold 6-da əsas arxa kamera mövzusunda dəqiq şəkildə dəyişiklik olmayacaq.
Belə ki, Galaxy Z Fold 6 hal hazırda aktual olan modelin əsas arxa kamerasını əldə edəcək. "Galaxy Z Fold 6-da böyük dəyişiklikləri gözləməyin. Hər halda smartfonun əsas arxa kamerası barəsində dəyişikliyin olmayacağı dəqiqdir. Kamera Galaxy Z Fold 4 və Z Fold 5-dəki kimi olacaq " - deyə insayder bildirib. Qeyd etmək lazımdır ki, söhbət, 1/1.56 düym ölçülü 50 MP-lik əsas arxa kameradan gedir. Qatlana bilən smartfon üçün bu cür kamera heç də bir pis seçim olmasa da daha böyük kamera sensorlu obyektivlərə sahib qatlana bilən smartfonlar artıq mövcuddurlar.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
