main-post-cover

    Samsung Galaxy Z Fold 6-da foto tərtibatı üçün nəzərdə tutulmuş unikal süni zəka funksiyası istifadəyə veriləcək

    Cihazlar+
    12.06.2024
    Emil Nəcəfov
       Samsung şirkəti gələn ay qatlana bilən Galaxy Z Fold 6 smartfonunu təqdim etməlidir. Ortaya çıxmış yeni məlumata əsasən sözügedən smartfonda unikal süni zəka funksiyası reallaşdırılacaq. Söhbət, mətn formatında təsvirlər əsasında sadə eskizlərin ketyfiyyətli fotolara çevrilməsi funksiyasından gedir. Məlumatda qeyd edilib ki, bu funksiya OneUI 6.1.1 istifadəçi interfeysinin bir hissəsi kimi təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Apple şirkəti Apple Intelligence ekosistemi çərçivəsində buna bənzər Image Wand adlı funksiyanı artıq sərgiləyib və onu bu il ərzində istifadəyə verəcək.
         Ice Universe ləqəbli məşhur insayder isə öz növbəsində bildirib ki, Galaxy Z Fold 6-da Galaxy AI ekosisteminin mövcud olacağı yeni funksiya məhz Image Wand-ın analoqu olacaq. Apple Intelligence-dən fərqli olaraq isə Galaxy AI-da sözügedən funksiya daha tez istifadəyə veriləcək. Bununla yanaşı nəzərə almaq lazımdır ki, bu funksiya üstəlik OneUI 6.1.1 istifadəçi interfeysini əldə edə biləcək Galaxy Tab planşetlərində də istifadəyə verilə bilər. Belə ki, demək olar bütün Galaxy Tab planşetləri S Pen stilusunun dəstəyinə sahibdirlər. Bu stilus vasitəsilə eskizlərin çəkilməsi prosesi isə daha da sadələşir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S26 Ultra-ya Face ID analoqu inteqrasiya ediləcək
    samsung-galaxy-s26-ultra-ya-face-id-analoqu-inteqrasiya-edilecek
    Samsung, yenə Apple-ı ələ salıb: "Apple sözünün əlavə edilməsi onu yeni və ya yenilikçi etmir"!
    samsung-yene-apple-i-ele-salib-apple-sozunun-elave-edilmesi-onu-yeni-ve-ya-yenilikci-etmir
    Samsung Galaxy S24 FE-nin əsas arxa kamerası dəyişilməz olaraq qala bilər
    samsung-galaxy-s24-fe-nin-esas-arxa-kamerasi-deyisilmez-olaraq-qala-biler
    Heç gözlənilməyən yerdən Samsung Galaxy Ring smart üzüyü barəsində yeni məlumatlar ortaya çıxıblar
    hec-gozlenilmeden-yerden-samsung-galaxy-ring-smart-uzuyu-baresinde-yeni-melumatlar-ortaya-cixiblar
    Samsung Galaxy Z Fold 6-nın kameralarında heç bir ciddi dəyişiklik olmayacaq
    samsung-galaxy-z-fold-6-nin-kameralarinda-hec-bir-ciddi-deyisiklik-olmayacaq