
Samsung Galaxy Z Fold 6 ilə Z Flip 6-nın hansı gövdə rənglərinə sahib olacaqları açıqlanıb
Cihazlar+
07.03.2024
Emil
Samsung-un növbəti böyük təqdimatı qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları ilə bağlı olacaq. Gözləntilərə əsasən Samsung-un bu yeni qatlana bilən smartfonları iyul ayında təqdim olunacaqlar. Ross Young adlı məşhur insayder isə öz növbəsində Galaxy Z Fold 6 ilə Z Flip 6 smartfonlarının hansı gövdə rənglərinə sahib olacaqlarını açıqlayıb. Beləliklə insayderin sözlərinə əsasən Galaxy Z Fold 6 modeli 3 gövdə rəngində satışa çıxacaq. Tünd göy, açıq çəhrayı və gümüşü. Galaxy Z Flip 6-ya gəldikdə isə o, 4 gövdə rəngində satışa çıxacaq. Mavi, açıq yaşıl, gümüşü və sarı.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
