Logo
    main-post-cover

    Samsung Galaxy Z Fold 6 ilə Z Flip 6-nın hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəkləri məlum olub

    Cihazlar+
    28.03.2024
    Emil
         Yay fəslində Samsung-un qatlana bilən Galaxy Z Fold 6 ilə Z Flip 6 smartfonlarını təqdim edəcəyi gözlənilir. İndi isə bu qatlana bilən smartfonların hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəkləri barəsində məlumat ortaya çıxıb. Məlumata əsasən Samsung-un SM-F9560SM-F4710 model nömrələrinə sahib smartfonları Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçiblər.
         Birinci model nömrə Galaxy Z Fold 6-ya, ikinci model nömrə isə Galaxy Z Flip 6-ya aiddir. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında qeyd edilib ki, bu yeni qatlana bilən smartfonlar Samsung EP-TA800 adlı şarj adapterindən istifadə edəcəklər. Bu şarj adapteri isə 25 vatt gücündədir. Samsung bu şarj adapterini artıq uzun zamandır ki, öz flaqman və bəzi orta büdcəli smartfonlarında istifadə edir.
    Paylaş