main-post-cover

    Samsung Galaxy Z Fold 6-nın daha nazik gövdəli versiyası fərqli ad ilə satışa çıxa bilər

    Cihazlar+
    28.08.2024
    Emil Nəcəfov
         Keçən ay Samsung şirkətinin qatlana bilən Galaxy Z Fold 6 smartfonunu təqdim etməsindən sonra məlumat ortaya çıxmağa başladı ki, şirkət Galaxy Z Fold 6-nın daha nazik gövdəyə sahib versiyasını təqdim etməyə hazırlaşır. Ortaya çıxmış məlumatların bəzilərində smartfonun adı qismində Galaxy Z Fold 6 Slim, bəzilərində isə Galaxy Z Fold 6 Ultra kimi qeyd edildi. Lakin nəticədə Galaxy Z Fold 6-nın daha nazik gövdəli versiyası bu adlardan heç birini əldə etməyə bilər.
         Evan Blass adlı məşhur insayderin sözlərinə əsasən Galaxy Z Fold 6-nın nazik gövdəyə sahib versiyası Galaxy Fold Special Edition adını əldə edə və Galaxy Watch Ultra kimi tamamilə ayrı məhsul kateqoriyasına daxil ola bilər. Qeyd etmək lazımdır ki, gözləntilərə əsasən gövdəsinin nazikliyi baxımından Galaxy Fold Special Edition smartfonu Honor Magic V3 ilə rəqabət apara biləcək və Galaxy Z Fold 6-dan daha baha qiymətə satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan büdcəli Samsung Galaxy F05-in render fotoları təqdim edilib
    teqdimata-hazirlasan-budceli-samsung-galaxy-f05-in-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy S25 Ultra-nın ön panelini əks etdirən yeni render fotolar təqdim edilib
    samsung-galaxy-s25-ultra-nin-on-panelini-eks-etdiren-yeni-render-fotolar-teqdim-edilib
    Samsung-un VR cihazı Geekbench-in məlumatlar bazasında ortaya çıxıb
    samsung-un-vr-cihazi-geekbench-in-melumatlar-bazasinda-ortaya-cixib
    Samsung Galaxy Z Fold 6 Slim-in satış qiyməti açıqlanıb
    samsung-galaxy-z-fold-6-slim-in-satis-qiymeti-aciqlanib
    Samsung Galaxy Ring smart üzüyünün təmiri qeyri-mümkündür
    samsung-galaxy-ring-smart-uzuyunun-temiri-qeyri-mumkundur