Logo
    main-post-cover

    Samsung Galaxy Z Fold 6-nın hansı çəkliyə və hansı qalınlığa sahib olacağı açıqlanıb

    Cihazlar+
    03.04.2024
    Emil
         Ice Universe ləqəbli məşhur insayder Samsung şirkətinin təqdim edəcəyi qatlana bilən Galaxy Z Fold 6 smartfonu barəsində yeni məlumatlar verib. Onun sözlərinə əsasən Galaxy Z Fold 6 modeli keçən ilki Galaxy Z Fold 5-dən daha yüngül olacaq. İnsayder bildirib ki, bu ilki qatlana bilən smartfonun çəkisi 239 qramm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Z Fold 5-in çəkisi 253 qramm-dır. Bununla yanaşı insayder əlavə edib ki, yeni smartfonun qalınlığı tam açıq vəziyyətdə 5.6 mm, qatlanmış vəziyyətdə isə 12.1 mm təşkil edəcək. Güman olunur ki, Galaxy Z Fold 6 smartfonu 7.6 düym daxili ekran və 6.3 düym xarici ekranla təchiz olunacaq. Galaxy Z Fold 6-nın Galaxy Z Flip 6 ilə birlikdə yay fəslində təqdim olunacağı gözlənilir.
    Paylaş