main-post-cover

    Samsung Galaxy Z Fold 6-nın maketi keçən ilki Galaxy Z Fold 5 ilə müqayisə edilib (VİDEO)

    Cihazlar+
    14.06.2024
    Emil Nəcəfov
         Qatlana bilən Samsung Galaxy Z Fold 6-nın təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır. Bu dəfə YouTube-dakı kanalların birində Galaxy Z Fold 6-nın maketi ilə keçən ilki Galaxy Z Fold 5-in müqayisəsi videosu yayımlanıb. Yayımlanmış videoya əsasən Galaxy Z Fold 6 ümumilikdə daha öncəki Galaxy Z Fold modellərinin dizaynlarını özündə qoruyub saxlayacaq. Lakin bununla belə yeni smartfonun forması daha çox düzbucağa bənzəyəcək. Bu, smartfonda dairəvi deyil, iti künclərə sahib olması ilə bağlıdır. Bununla yanaşı gözləntilərə əsasən Galaxy Z Fold 6-nın qatlanmış vəziyyətdə qalınlığı 12.1 mm, çəkisi isə 239 qramm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Galaxy Z Fold 5-in qatlanmış vəziyyətdə qalınlığı 13.5 mm, çəkisi isə 253 qramm təşkil edir. Gözləntilərə əsasən smartfon gələn ay Galaxy Z Flip 6 ilə birgə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25-in batareya həcmi məlum olub
    gelen-ilin-evvelinde-teqdim-olunacaq-samsung-galaxy-s25-in-batareya-hecmi-melum-olub
    Yaxın zamanda təqdim olunacaq Samsung Galaxy Z Fold 6-nın ətraflı texniki imkanları ortaya çıxıblar
    yaxin-zamanda-teqdim-olunacaq-samsung-galaxy-z-fold-6-nin-etrafli-texniki-imkanlari-ortaya-cixiblar
    Samsung Galaxy Watch FE rəsmi şəkildə anons edilib - QİYMƏTİ
    samsung-galaxy-watch-fe-resmi-sekilde-anons-edilib-qiymeti
    Hələ təqdim edilməmiş Samsung Galaxy S24 FE smartfonu Geekbench testlərindən keçib
    hele-teqdim-edilmemis-samsung-galaxy-s24-fe-smartfonu-geekbench-testlerinden-kecib
    Hələ təqdim olunmamış Samsung Galaxy Tab S10+ planşeti Geekbench testlərindən keçib
    hele-teqdim-olunmamis-samsung-galaxy-tab-s10-planseti-geekbench-testlerinden-kecib