
Samsung Galaxy Z Fold 6-nın nə dərəcədə nazik olacağı məlum olub
Cihazlar+
23.02.2024
Emil
İnsayderlər Samsung şirkətinin bu il ərzində təqdim edəcəyi qatlana bilən Galaxy Z Fold 6 smartfonu barəsində məlumatları təqdim etməyə davam edirlər. Bu dəfə insayderlər Galaxy Z Fold 6-nın nə dərəcədə nazik olacağını açıqlayıblar. Onlar tərəfindən təqdim edilmiş fotoda Galaxy Z Fold 6-nın qalınlığı ilə keçən ilki Galaxy Z Fold 5-in qalınlığı müqayisə edilib. Fotodan da görmək olar ki, tam qatlanmış vəziyyətdə Galaxy Z Fold 6-nın qalınlığı 11 mm təşkil edəcək. Yəni smartfon keçən ilki Galaxy Z Fold 5-dən qatlanmış vəziyyətdə 3.4 mm daha nazik olacaq. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6-nın Galaxy Z Flip 6 ilə birlikdə bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
