Logo
    main-post-cover

    Samsung Galaxy Z Fold 6-nın prototipinin fotoları təqdim edilib

    Cihazlar+
    29.08.2023
        Galaxy Z Fold 5-in keçən ayın sonunda təqdim olunmasına baxmayaraq Samsung şirkəti artıq onun davamçısı üzərində çalışmağa başlayıb. Söhbət, Galaxy Z Fold 6-dan gedir. İndi isə Ice Universe ləqəbli məşhur insayder Galaxy Z Fold 6-nın prototipinin fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, Galaxy Z Fold 6 modeli bir qədər yenilənmiş xarici görünüşə sahib olacaq. Yeni Galaxy Z Fold modeli bir qədər kompakt ölçüdə olacaq.
        Lakin bununla belə onun xarici ekranı daha böyük olacaq və üstəlik onun kənar hissələri əyilmiş dizaynda reallaşdırılmayacaq. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən Galaxy S24 Ultra smartfonunun da ekranı məhz bu cür olacaq. Təqdim edilmiş fotolardan birində həmçinin görmək olar ki, Galaxy Z Fold 6 tam qatlanmış vəziyyətdə iki hissə arasında boşluğa sahib olmayacaq. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6-nın təqdimatı gələn ilin yay fəsli üçün gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy Z Fold 6-nın prototipinin fotoları təqdim edilib | Technote