Logo
    main-post-cover

    Samsung Galaxy Z Fold 6-nın qatlanan ekranı üzərində qatlanma izi daha az nəzərə çarpacaq

    Cihazlar+
    21.05.2024
    Emil
         Samsung şirkəti yay fəslində qatlana bilən Galaxy Z Fold 6 smartfonunu təqdim etməlidir. Ice Universe ləqəbli məşhur insayder isə öz növbəsində sözügedən smartfonun daxili ekranının əsas müsbət özəlliklərindən birini açıqlayıb. Mövzu daxili ekran üzərində qatlanma izi ilə bağlıdır. Ümumiyyətlə qatlana bilən smartfonların sahib olduqları əsas problemlərdən biri də onların qatlanmaya məruz qalan ekranları üzərində qatlanma izinin olduqca nəzərə çarpmasıdır. 2019-cu ildə təqdim edilmiş Galaxy Fold-un ekranı ilə müqayisədə keçən ilki Galaxy Z Fold 5-in daxili ekranı üzərində qatlanma izi daha az nəzərə çarpsa da bu problem olduğu kimi qalır.
         Görünür, Samsung bu problemi müəyyən səviyyədə aradan qaldırmağın yolunu tapıb. Ice Universe ləqəbli məşhur insayderin sözlərinə əsasən təqdim olunacaq Galaxy Z Fold 6-nın daxili ekranı qatlanma izi mövzusunda daha təkmilləşdirilmiş olacaq. İnsayder bildirib ki, yeni qatlana bilən smartfonun daxili ekranında qatlanma izi tam olaraq aradan qaldırılmasa da, daha öncəki modellər ilə müqayisədə daha az nəzərə çarpacaq. Qeyd etmək lazımdır ki, Samsung yay fəslində Galaxy Z Fold 6 ilə yanaşı qatlana bilən qapaqlı Galaxy Z Flip 6 smartfonunu da təqdim edəcək.
    Paylaş