main-post-cover

    Samsung Galaxy Z Fold 6-nın xarici ekranı Galaxy Z Fold 5-in xarici ekranı ilə müqayisə edilib

    Cihazlar+
    31.05.2024
    Emil Nəcəfov
         Samsung şirkətinin yaxın zamanda qatlana bilən Galaxy Z Fold 6 smartfonunu təqdim edəcəyi gözlənilir. İndi isə Ice Universe ləqəbli məşhur insayder təqdimata hazırlaşan Galaxy Z Fold 6-nın xarici ekranı ilə keçən ilki Galaxy Z Fold 5-in xarici ekranının müqayisə olunduğu fotonu bölüşüb. Təqdim edilmiş fotodan da görmək olar ki, Galaxy Z Fold 6-nın uzunluğu keçən ilki smartfonun uzunluğundan bir qədər kiçik olacaq. Lakin bununla belə yeni smartfon daha geniş xarici ekranı və xarici ekran ətrafında daha nazik çərçivəni əldə edəcək. Bununla yanaşı fotoya əsasən Galaxy Z Fold 6-nın gövdəsi daha düzbucaq formasında olacaq. Burdan da belə qənaətə gəlmək olar ki, yeni smartfon keçən ilki Galaxy Z Fold 5 ilə müqayisədə daha iti künc hissələri əldə edəcək. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6-nın gələn ay Galaxy Z Flip 6 ilə birgə təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Galaxy Z Fold6-nın Geekbench testləri ortaya çıxıb!
    galaxy-z-fold6-nin-geekbench-testleri-ortaya-cixib
    Samsung-un premium smart saatı Galaxy Watch X adlana bilər
    samsung-un-premium-smart-saati-galaxy-watch-x-adlana-biler
    Samsung Galaxy M35 smartfonu təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-m35-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy F55 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-f55-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy A52s və A52 4G smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
    samsung-galaxy-a52s-ve-a52-4g-smartfonlari-oneui-61-i-elde-etmeye-baslayiblar