main-post-cover

    Samsung Galaxy Z Fold 6 Slim adlı qatlana bilən smartfonu təqdim edə bilər

    Cihazlar+
    24.05.2024
    Emil Nəcəfov
         Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti yay fəslinin ortasında yeni qatlana bilən Galaxy Z Fold 6Z Flip 6 smartfonlarını təqdim etməlidir. Son zamanlarda ortaya çıxmış məlumatların bir hissəsində bu smartfonlardan əlavə olaraq Galaxy Z Fold 6 Ultra-nın, digər hissəsində isə Galaxy Z Fold 6-nın daha büdcəli versiyasının təqdim olunacağı qeyd edilib. Lakin Samsung-un yaxın aylar ərzində neçə ədəd yeni qatlana bilən smartfon təqdim edəcəyi barəsində hələ dəqiq bir məlumat yoxdur. Ross Young adlı məşhur insayder öz növbəsində bu mövzuda yeni məlumatı təqdim edib.
         Onun sözlərinə əsasən Samsung yaxın gələcəkdə iki ədəd deyil, üç ədəd qatlana bilən smartfon təqdim edə bilər. İnsayder bildirib ki, üçüncü qatlana bilən smartfonun təqdim ediləcəyi halda o, Galaxy Z Fold 6 Slim adlanacaq. Məlumatda qeyd edilib ki, Galaxy Z Fold 6 Slim modeli nazik gövdə dizaynına sahib olacaq. Lakin onun gövdəsində S Pen stilusunun yerləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi yer olmayacaq. Galaxy Z Fold 6 Slim-in texniki özəllikləri barəsində bir məlumat yoxdur. Bununla yanaşı insayder bildirib ki, Galaxy Z Fold 6 Slim modeli gələn ilin əvvəlində Galaxy S25 smartfon seriyası ilə birgə təqdim edilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Samsung Galaxy A14 5G smartfonu OneUI 6.1 istifadəçi interfeysini əldə etməyə başlayıb
    budceli-samsung-galaxy-a14-5g-smartfonu-oneui-61-istifadeci-interfeysini-elde-etmeye-baslayib
    Samsung-un bu il hansı smart saatları təqdim edəcəyi açıqlanıb
    samsung-un-bu-il-hansi-smart-saatlari-teqdim-edeceyi-aciqlanib
    Samsung Galaxy Ring smart üzüyünün satış qiymətləri açıqlanıb
    samsung-galaxy-ring-smart-uzuyunun-satis-qiymetleri-aciqlanib
    Samsung, OLED-i əvəz edən dünyanın ilk QD-LED ekran panelini təqdim edib!
    samsung-oled-i-evez-eden-dunyanin-ilk-qd-led-ekran-panelini-teqdim-edib
    Samsung Snapdragon X Elite prosessoru vasitəsilə çalışan Galaxy Book 4 Edge noutbukunu təqdim edib - QİYMƏTİ
    samsung-snapdragon-x-elite-prosessoru-vasitesile-calisan-galaxy-book-4-edge-noutbukunu-teqdim-edib-qiymeti