
Samsung Galaxy Z Fold 6 Slim-in kameraları barəsində məlumatlar verilib
Cihazlar+
23.08.2024
Emil
GalaxyClub saytı yaxın aylar ərzində təqdimatı gözlənilən qatlana bilən Galaxy Z Fold 6 Slim smartfonunun kameraları və bu smartfonun nə zaman təqdim oluna biləcəyi barəsində məlumatları təqdim edib. Qeyd etmək lazımdır ki, gözləntilərə əsasən Galaxy Z Fold 6-dan fərqli olaraq Galaxy Z Fold 6 Slim olduqca nazik gövdəni əldə edəcək. Güman olunur ki, Galaxy Z Fold 6 Slim-in qatlanmış vəziyyətdə qalınlığı 10 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi Galaxy Z Fold 6-nın qatlanmış vəziyyətdə gövdəsinin qalınlığı 12 mm təşkil edir.
GalaxyClub tərəfindən təqdim edilmiş məlumatlarda qeyd edilib ki, Galaxy Z Fold 6 Slim smartfonunun xarici ekranının üzərində ön kamera 10 MP-lik olacaq. Bununla yanaşı smartfon adi Galaxy Z Fold 6-da istifadə edilən 12 MP-lik ultra geniş bucaqlı kameranı əldə edəcək. Lakin Galaxy Z Fold 3-dən başlayaraq şirkət ilk dəfə Galaxy Z Fold 6 Slim-də daxili ekranın alt hissəsindəki ön kameranı yeniləyəcək. Belə ki, yeni smartfonun daxili ekranının alt hissəsindəki ön kamera 5 MP-lik olacaq. Keçən ay təqdim edilmiş Galaxy Z Fold 6-da və ondan əvvəlki Galaxy Z Fold modellərində daxili ekran üzərindəki ön kamera 4 MP-likdir. Galaxy Z Fold 6 Slim-in nə zaman təqdim olunacağı mövzusuna gəldikdə isə məlumata əsasən o, 25 sentyabr tarixində təqdim ediləcək. Ehtimal var ki, bu smartfon eksklüziv olaraq yalnız Cənubi Koreyada və Çində satılacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
