
Samsung Galaxy Z Fold 6 smartfonu Galaxy Z Fold 5-in kameralarını əldə edəcək
Cihazlar+
09.04.2024
Farid
Samsung şirkətinin yay fəslində təqdim edəcəyi gözlənilən qatlana bilən Galaxy Z Fold 6 smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə Ice Universe ləqəbli məşhur insayder sözügedən smartfonun kameraları bareəsində məlumat verib. İnsayder bildirib ki, Galaxy Z Fold 6 smartfonu keçən ilki Galaxy Z Fold 5-in kameralarını əldə edəcək. Yəni smartfon 50 MP + 10 MP + 12 MP üçlü arxa kamera ilə təchiz olunacaq. Ön kamera mövzusuna gəldikdə isə smartfonun hər bir ekranına ön kamera yerləşdiriləcək. Onlardan biri 4 MP-lik, digəri isə 10 MP-lik olacaq. Ön kameralardan biri ekranın alt hissəsinə inteqrasiya ediləcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
