main-post-cover

    Samsung Galaxy Z Fold 6 Ultra-nın mövcudluğuna dair daha bir məlumat verilib

    Cihazlar+
    01.04.2024
    Emil Nəcəfov
         Samsung şirkəti yay fəslində qatlana bilən Galaxy Z Fold 6 ilə Z Flip 6 smartfonlarını təqdim edəcək. Lakin son zamanlarda ortaya çıxmış məlumatlara əsasən bu smartfonlar şirkətin yeganə qatlana bilən smartfonları olmayacaqlar. Belə ki, məlumatlara əsasən şirkət üstəlik Galaxy Z Fold 6 Ultra modelini də təqdim edə bilər. Keçən ilki Galaxy Z Fold 5 smartfonu SM-F946 model nömrəsinə sahibdir. Bu il isə təqdim olunacaq Galaxy Z Fold 6 smartfonu SM-F956 model nömrəsini əldə etməlidir.
         GalaxyClub saytının vermiş olduğu məlumata əsasən Galaxy Z Fold 6 Ultra smartfonu potensial olaraq SM-F958 model nömrəsini əldə edə bilər. Qeyd etmək lazımdır ki, Samsung öz flaqman smartfonlarının Ultra versiyalarının model nömrələrində 8 rəqəmindən istifadə edir. Məsələn yanvar ayında təqdim edilmiş Galaxy S24 Ultra smartfonu SM-S928 model nömrəsinə sahibdir. Bununla yanaşı GalaxyClub saytı bildirib ki, potensial Galaxy Z Fold 6 Ultra smartfonu eksklüziv olaraq Cənubi Koreya bazarında satıla bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Exynos 1480 prosessoru barəsində ətraflı məlumatları təqdim edib
    samsung-exynos-1480-prosessoru-baresinde-etrafli-melumatlari-teqdim-edib
    Samsung Galaxy Book 5 Pro noutbukunun bəzi texniki imkanları açıqlanıb
    samsung-galaxy-book-5-pro-noutbukunun-bezi-texniki-imkanlari-aciqlanib
    Exynos 2500 prosessoru CPU və GPU mövzusunda Snapdragon 8 Gen 3-dən daha güclü ola bilər
    exynos-2500-prosessoru-cpu-ve-gpu-movzusunda-snapdragon-8-gen-3-den-daha-guclu-ola-biler
    Samsung OneUI 6.1 istifadəçi interfeysini Galaxy Tab S9 planşetləri üçün istifadəyə verib
    samsung-oneui-61-istifadeci-interfeysini-galaxy-tab-s9-plansetleri-ucun-istifadeye-verib
    Samsung Galaxy Tab S6 Lite (2024) planşeti təqdim edilib
    samsung-galaxy-tab-s6-lite-2024-planseti-teqdim-edilib