Samsung Galaxy Z Fold 6 vacib özəlliyindən məıhrum ola bilər
Cihazlar+
22.02.2024
Emil Nəcəfov
Hələ təqdim olunmamış qatlana bilən Samsung Galaxy Z Fold 6 smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Bu dəfə insayderlər bildiriblər ki, Galaxy Z Fold 6 modeli vacib bir xüsusiyyətindən məhrum olacaq. Belə ki, onların sözlərinə əsasən sözügedən smartfonda S Pen stilusunun yerləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi giriş hissəsi olmayacaq.
Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfon daha geniş gövdəyə sahib olacaq və xarici görünüşcə Galaxy S24 Ultra-ya bənzəyəcək. Məlumata əsasən Galaxy Z Fold 6 smartfonu 6.4 düym xarici ekranı əldə edəcək, özündə 50 MP + 10 MP + 12 MP üçlü arxa kameranı birləşdirəcək və 4600 mAh enerji tutumlu batareyaya sahib olacaq. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6-nın bu ilin ikinci yarısında Galaxy Z Flip 6 ilə birgə təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung keçən ilki cihazları üçün OneUI 6.1 istifadəçi interfeysini anons edib
Samsung keçən ilki cihazları üçün OneUI 6.1 istifadəçi interfeysini anons edib
Samsung şirkətinin artıq satışda olan Galaxy S24 smartfonları OneUI 6.1 istifadəçi interfeysi vasitəsilə çalışırlar.
Samsung Galaxy Z Fold 6 və Z Flip 6 daha böyük həcmli batareyaları əldə edə bilərlər
Samsung Galaxy Z Fold 6 və Z Flip 6 daha böyük həcmli batareyaları əldə edə bilərlər
Samsung şirkətinin yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 6 ilə Z Flip 6-nın bu ilin ikinci yarısında təqdim olunacaqları gözlənilir.
Galaxy AI süni zəka funksiyaları Samsung Galaxy Watch və Galaxy Fit cihazlarında da istifadəyə veriləcək
Galaxy AI süni zəka funksiyaları Samsung Galaxy Watch və Galaxy Fit cihazlarında da istifadəyə veriləcək
Samsung şirkəti öz bloqunda anons edib ki, Galaxy AI adı altında olan süni zəka funksiyaları şirkətin taxıla bilən cihazlarına inteqrasiya ediləcək.
Samsung-un yeni qatlana bilən OLED ekranı hərbi standart testlərindən keçib
Samsung-un yeni qatlana bilən OLED ekranı hərbi standart testlərindən keçib
Sammobile saytının vermiş olduğu məlumata əsasən Samsung-un Samsung Display şirkəti elan edib ki, onun yeni qatlana bilən OLED ekranı MIL-STD-810G hərbi standartının testlərindən keçib.
Samsung Galaxy F15 5G-nin təqdimatı anons edilib
Samsung Galaxy F15 5G-nin təqdimatı anons edilib
Son bir neçə həftə ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti Galaxy F15 5G smartfonunun təqdimatını anons edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!