
Samsung Galaxy Z Fold 6 və Z Flip 6-da ekran ölçüləri böyüyəcək
Cihazlar+
30.11.2023
Emil
Ross Young adlı məşhur insayder Samsung şirkətinin gələn təqdim edəcəyi qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları barəsində yeni məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən Galaxy Z Fold 5 və Z Flip 5-dən fərqli olaraq gələn ilki qatlana bilən smartfonlar daha böyük ölçülü ekranları əldə edəcəklər. Söhbət, smartfonların həm daxili həm də xarici ekranlarından gedir. İnsayder Galaxy Z Fold 6-nın ekran ölçüləri barəsində məlumat verməsə də bildirib ki, Galaxy Z Flip 6 modeli 3.9 düym xarici ekran ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Galaxy Z Flip 5 modeli 3.5 düym xarici ekrana sahibdir. Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarının gələn ilin yay fəslində təqdim olunacaqları gözlənilir.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
