main-post-cover

    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları bütün regionlarda Snapdragon prosessorunu əldə edəcəklər

    Cihazlar+
    22.05.2024
    Emil Nəcəfov
         Samsung-un yaxın aylar ərzində təqdim edəcəyi yeni qatlana bilən Galaxy Z Fold 6Z Flip 6 smartfonları barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Bu dəfə Koreyanın The Elec saytı sözügedən smartfonların əldə edəcəkləri prosessor mövzusunda maraqlı bir məlumatı bölüşüb. Daha öncə güman olunurdu ki, Galaxy S24 smartfonları kimi Galaxy Z Fold 6 və Z Flip 6 da müxtəlif regionlarda müxtəlif prosessorları əldə edəcəklər. Bu mövzuda SnapdragonExynos prosessorlarının istifadəsi düşünülürdü.
         Lakin The Elec saytının təqdim etmiş olduğu yeni məlumata əsasən Samsung-un yeni qatlana bilən smartfonları Exynos prosessorunu əldə etməyəcəklər. Bu isə o deməkdir ki, sözügedən smartfonlar bütün regionlarda yalnız Snapdragon prosessorunu əldə edəcəklər. Söhbət, Snapdragon 8 Gen 3 for Galaxy prosessorundan gedir. Məlumatda qeyd edilib ki, Samsung-un bu yeni qatlana bilən smartfonlarda Exynos 2400 prosessorunun istifadəsindən imtina etməsi prosessorun aşağı performanslı və ya etibarsız olması ilə əlaqəli deyil. Çox güman ki, şirkət sadəcə olaraq əlavə xərclərin olmasını istəmir. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6 ilə Z Flip 6-nın yay fəslinin ortasında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Z Flip 6-nın əsas arxa kamera göstəriciləri ortaya çıxıb
    samsung-galaxy-z-flip-6-nin-esas-arxa-kamera-gostericileri-ortaya-cixib
    Samsung Galaxy Z Fold 6-nın qatlanan ekranı üzərində qatlanma izi daha az nəzərə çarpacaq
    samsung-galaxy-z-fold-6-nin-qatlanan-ekrani-uzerinde-qatlanma-izi-daha-az-nezere-carpacaq
    Samsung qatlana bilən Galaxy Z Fold 6-nın büdcəli versiyasını ləğv etmiş ola bilər
    samsung-qatlana-bilen-galaxy-z-fold-6-nin-budceli-versiyasini-legv-etmis-ola-biler
    Samsung Galaxy Z Flip 6-nın mərkəzi prosessoru Geekbench testlərindən keçib
    samsung-galaxy-z-flip-6-nin-merkezi-prosessoru-geekbench-testlerinden-kecib
    Samsung Galaxy Z Fold 6 daha geniş xarici ekranı əldə edə bilər
    samsung-galaxy-z-fold-6-daha-genis-xarici-ekrani-elde-ede-biler