Samsung Galaxy Z Fold 6 və Z Flip 6 təqdim olunub - QİYMƏTİ
Cihazlar+
10.07.2024
Emil Nəcəfov
Samsung şirkəti Parisdə keçirilmiş Galaxy Unpacked 2024 tədbiri çərçivəsində yeni qatlana bilən smartfonlarını təqdim edib. Söhbət, Galaxy Z Fold 6 və Z Flip 6-dan gedir. İlk növbədə Galaxy Z Fold 6 smartfonuna nəzər salaq. Samsung şirkəti Galaxy Z Fold 6-da əsas diqqətini artıq mövcud olan imkanların daha da yaxşılaşdırılmasına ayırıb. Galaxy Z Fold 6 modeli xarici görünüşcə keçən ilki Galaxy Z Fold 5-dən o qədər də seçilməsə də bəzi fərqli detallar mövcuddur. Məsələn smartfonun xarici ekranı bir qədər genişdir və smartfonun çəkisi daha yüngüldür. Bu isə ondan bir əl ilə istifadə prosesini sadələşdirir.
Galaxy Z Fold 6-nın qatlanmış vəziyyətdə qalınlığı 12.1 mm, tam açıq vəziyyətdə qalınlığı isə 5.6 mm təşkil edir. Onun çəkisi 239 qramm-dır. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Galaxy Z Fold 5-in çəkisi 253 qramm-dır. Yeni smartfonun gövdə ətrafı çərçivəsi gücləndirilmiş alüminium materialdan hazırlanıb və gövdənin özü IP48 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Üstəlik Galaxy Z Fold 6 modeli Flex adlı yenilənmiş şarnir konstruksiyasını əldə edib. Bu şarnir konstruksiyası smartfona olan fiziki yüklənməni daha yaxşı tənzimləyir və nəticədə gövdəni fiziki zərbələrə daha dözümlü edir.
Həmçinin smartfonun xarici ekranı ilə arxa paneli Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Galaxy Z Fold 6 120 Hz-lik təsvir yenilənməsinə sahib 2160x1856 piksel keyfiyyətli 7.6 düym ölçülü daxili Dynamic AMOLED 2X ekranla və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2376x968 piksel keyfiyyətli 6.3 düym ölçülü xarici Dynamic AMOLED 2X ekranla təchiz olunub. Smartfonun daxili ekranı S Pen stilusunun dəstəyinə sahibdir. Smartfon Snapdragon 8 Gen 3 for Galaxy prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib.
Kameralar mövzusunda smartfon 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 123 dərəcə bucaq əhatəsi) + 10 MP (f/2.4 diafraqma, optik stabilizasiya, 3 qat optik zoom) üçlü arxa kameranı, daxili ekran üzərində 4 MP-lik, xarici ekran üzərində isə 10 MP-lik ön kameranı əldə edib. Galaxy Z Fold 6 25 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Smartfon qutudan OneUI 6.1.1 interfeysli Android 14 vasitəsilə çalışır. Samsung bildirib ki, smartfon 7 il ərzində Android dəstəyini və 7 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Onu da qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6 smartfonu Galaxy AI ekosisteminin çoxlu sayda süni zəka funksiyasını dəstəkləyir. Həmin funksiyalardan bəziləri aşağıdakılardır.
- Сircle to Search - ekranda əks olunmuş təsvirdəki məlumat üzrə sürətli axtarış
- Qeydlər üçün assistent - mətndəki orfoqrafiyanı yoxlayan, mümkün səhvləri aradan qaldıran və mətnin tərzini dəyişməyə imkan verən köməkçi
- Veb assistent - internetdən maraqlı xəbərləri yığaraq istifadəçiyə təqdim edən köməkçi
- Audio yazılar üçün assistent - audio yazıların deşifrələnməsini reallaşdıran və audio kontentdə olan hər bir spikerin ayrılaraq mətndə qeyd edilməsini təmin edən köməkçi
- Smart Select - fotolara süni zəka vasitəsilə tərtib edilmiş obyektlərin əlavə edilməsi
- AI Photo - eskizlərin süni zəka vasitəsilə qrafik fotolara çevrilməsi
- Foto assistent - fotoların avtomatik şəkildə yaxşılaşdırılması
- Sinxron tərcümə - telefon danışıqlarının real zaman ərzində tərcüməsi.
İndi isə qatlana bilən qapaqlı Galaxy Z Flip 6 smartfonuna nəzər yetirək. Keçən ilki Galaxy Z Flip 5 ilə müqayisədə Galaxy Z Flip 6 bir sıra özəllikəlr üzrə təkmilləşdirilib. Belə ki, yeni smartfon daha yüksək MP göstəricili əsas arxa kameranı, daha güclü prosessoru, böyük həcmli batareyanı və süni zəka funksiyalarını əldə edib. Galaxy Z Flip 6-nın əsas fərqləndirici özəlliklərindən biri də odur ki, o, Galaxy Z Flip seriyasında buxarlanma kamerasını əldə etmiş ilk modeldir. Bu cür soyutma sistemi smartfona ola biləcək böyük yüklənmə zamanı onun daha yaxşı çalışmasına şərait yaradacaq.
Smartfonun gövdəsi həmçinin IP48 standartı üzrə sudan qorunma imkanına sahibdir. Qeyd etmək lazımdır ki, Galaxy Z Flip 6-nın qatlanmış vəziyyətdə qalınlığı 14.9 mm, tam açıq vəziyyətdə qalınlığı isə 6.9 mm təşkil edir. Smartfonun çəkisi 187 qramm-dır. Galaxy Z Flip 6 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2460x1080 piksel keyfiyyətli 6.7 düym ölçülü daxili Dynamic AMOLED 2X ekranla və 60 Hz-lik təsvir yenilənməsinə sahib 748х720 piksel keyfiyyətli 3.4 düym ölçülü xarici Super AMOLED ekranla təchiz olunub. Galaxy Z Fold 6 kimi Galaxy Z Flip 6 da Snapdragon 8 Gen 3 for Galaxy prosessoru vasitəsilə çalışır. Üstəlik smartfon 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib.
Kameralar mövzusunda Galaxy Z Flip 6 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 123 dərəcə bucaq əhatəsi) ikili arxa kameranı və 10 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy Z Flip 6 modeli Galaxy Z Fold 6-nın dəstəklədiyi süni zəka funksiyalarının demək olar hamısını dəstəkləyir. Galaxy Z Fold 6 kimi Galaxy Z Flip 6 da qutudan OneUI 6.1.1 interfeysli Android 14 vasitəsilə çalışır və o, 7 il ərzində Android dəstəyini və 7 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Hər iki smartfon yaxın zamanda satışa çıxacaq. Onların satış qiymətləri isə aşağıdakı kimi olacaq.
256 GB yaddaşa sahib Galaxy Z Fold 6 - 1899$
512 GB yaddaşa sahib Galaxy Z Fold 6 - 2019$
1 TB yaddaşa sahib Galaxy Z Fold 6 - 2259$.
256 GB yaddaşa sahib Galaxy Z Flip 6 - 1099$
512 GB yaddaşa sahib Galaxy Z Flip 6 - 1219$.
Linki kopyala
samsung foldable phone
samsung foldable phone 2024
samsung galaxy z fold 6
galaxy z fold 6
samsung
samsung galaxy z flip 6
galaxy z flip 6
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung ikinci nəsil Galaxy Ring-i artıq patentləşdirib
Samsung ikinci nəsil Galaxy Ring-i artıq patentləşdirib
Samsung şirkətinin 10 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində Galaxy Ring adlı smart üzüyün təqdim olunacağı gözlənilir.
Samsung Galaxy Z Fold 6-nın daha geniş və nazik gövdəli versiyasını hazırlayır
Samsung Galaxy Z Fold 6-nın daha geniş və nazik gövdəli versiyasını hazırlayır
Son zamanlarda ortaya çıxmış məlumata əsasən Samsung şirkəti 10 iyul tarixində təqdim olunacaq qatlana bilən Galaxy Z Fold 6 smartfonunun daha geniş və nazik gövdəyə sahib versiyası üzərində çalışır.
Təqdimata sayılı günlər qalmış Samsung Galaxy Watch 7 və Galaxy Watch Ultra-nın yeni fotoları təqdim edilib
Təqdimata sayılı günlər qalmış Samsung Galaxy Watch 7 və Galaxy Watch Ultra-nın yeni fotoları təqdim edilib
Samsung-un təqdimata hazırlaşan Galaxy Watch 7 və Galaxy Watch Ultra smart saatlarının Çinin TAF adlı tənzimləyici orqanında qeydiyyatdan keçdikləri məlum olub.
Gələn il Samsung Galaxy S25+ smartfonunun təqdim olunacağıan dair sübut aşkar edilib
Gələn il Samsung Galaxy S25+ smartfonunun təqdim olunacağıan dair sübut aşkar edilib
Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Samsung şirkəti gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 smartfon seriyasında Galaxy S25+ modelini təqdim etməyəcək və seriya yalnız iki smartfondan təşkil ediləcək.
Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığının real fotoları təqdim edilib
Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığının real fotoları təqdim edilib
Samsung şirkətinin təqdim etməyə hazırlaşdığı yeni məhsulları barəsində məlumatlar ortaya çıxmağa davam edirlər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!