
Samsung Galaxy Z Fold 7 birinci nəsil Galaxy Fold-dan 2 dəfə daha nazik ola bilər
Cihazlar+
29.04.2025
Emil
Samsung yeni bir rekorda imza atmağı planlaşdırır - Galaxy Z Fold 7 bazarda ən nazik qatlana bilən smartfon ola bilər. İnsayderlərin məlumatlarına görə cihaz qatlanmış halda cəmi 8.2 mm gövdə qalınlığına malik olacaq. Bu, OPPO Find N5-in (8.9 mm) qalınlığından azdır və əvvəlki model olan Galaxy Z Fold 6-dan 30%-dən çox nazikdir. Əgər bu təsdiqlənərsə, Galaxy Z Fold 7 tarixdəki ən nazik “kitab” formatlı smartfon olacaq. Sızıntıya əsasən, yeni model birinci nəsil Galaxy Fold-dan demək olar ki, 2 dəfə, ötən ilki modeldən isə 4 mm daha nazik olacaq.

Bu irəliləyiş gözlənilməz sayılır, çünki daha əvvəl cihazın qalınlığının 9.5 mm olacağına dair daha real ehtimallar səsləndirilmişdi. Samsung-un bu incəlik səviyyəsinə necə nail olacağı hələlik məlum deyil. Şirkət, ehtimal ki, S Pen stilusunun iş prinsipini dəyişəcək və daxili rəqəmsal qatı Apple Pencil-a bənzər yanaşma ilə əvəz edəcək. Gözlənilir ki, Galaxy Z Fold 7 smartfonu Snapdragon 8 Elite prosessoru ilə təchiz olunacaq, bu da ona Honor Magic V3 və OPPO Find N5 kimi daha nazik rəqiblərlə rəqabət aparmaq imkanı verəcək. Smartfonun qiymətinin 1900$-ı aşması yüksək görünsə də, cihazın kompakt ölçüləri bu dəyəri əsaslandıra bilər. Lakin hələlik bunlar yalnız şayiələrdir və dəqiq detallar yay fəslində keçiriləcək Galaxy Unpacked təqdimatında məlum olacaq.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
