
Samsung Galaxy Z Fold 7-nin yeni render fotoları təqdim olunub
Cihazlar+
20.06.2025
Emil
Samsung şirkətinin gələn ay yeni qatlana bilən smartfonu Galaxy Z Fold 7-ni təqdim edəcəyi gözlənilir. İndi isə Android Headlines saytı bu smartfonun yeni render fotolarını və bəzi texniki imkanlarını təqdim edib. Təqdim edilmiş fotolarda Galaxy Z Fold 7 smartfonu Blue Shadow və Jet Black adlı gövdə rənglərində əks olunub. Render fotolardan belə qənaətə gəlmək olar ki, smartfonun əsas özəlliklərindən biri nazik gövdə olacaq. Son məlumat sızıntılarına inansaq, Galaxy Z Fold 7-nin gövdə qalınlığı tam açıq vəziyyətdə 3.9-4.5 mm təşkil edəcək.

Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, smartfonun çəkisi 215 qram olacaq. Əgər bu məlumat həqiqəti əks etdirsə, deməli smartfon Galaxy Z Fold 6-dan 24 qram, OPPO Find N5-dən 14 qram daha yüngül olacaq. Samsung ənənəyə sadiq qalaraq qatlana bilən smartfonun xarici ekran ölçüsünü böyütməyə istiqamətlənib. Belə ki, məlumata əsasən Galaxy Z Fold 7-nin xarici ekranının ölçüsü 6.5 düym təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6 modeli 6.3 düym ölçülü xarici ekranla təchiz olunur. Dünən ortaya çıxmış məlumata inansaq, Galaxy Z Fold 7 smartfonu 9 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində Galaxy Z Flip 7 ilə birlikdə təqdim olunacaq.




Paylaş
Ən çox oxunanlar

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
