main-post-cover

    Samsung Galaxy Z Fold 7 öz gövdəsini nazik etməyə imkan verəcək yeni növ stilusu əldə edə bilər

    Cihazlar+
    19.12.2024
    Emil Nəcəfov
         Samsung gələn ilin ikinci yarısında qatlana bilən Galaxy Z Fold 7 smartfonunu təqdim etməlidir. Ortaya çıxmış yeni məlumata əsasən sözügedən yeni qatlana bilən smartfon yeni növ stilusu əldə edə bilər. Səbəb isə şirkətin Galaxy Z Fold 7 gövdəsini daha nazik etmək istəməsindədir. Məlumatda qeyd edilib ki, Samsung elektromaqnit rezonans (EMS) texnologiyalı stilusdan Apple Pencil kimi aktiv elektrostatik (AES) texnologiyalı stilusa keçid etməyi planlaşdırır.
         AES texnologiyasına keçid öz növbəsində smartfon ekranındakı xüsusi örtük layından imtina etməyə imkan verəcək. Bu isə smartfon gövdəsinin daha nazik olmasına imkan verəcək. Məsələn oktyabr ayında təqdim edilmiş Galaxy Z Fold Special Edition smartfonunun gövdəsi qeyd edilmiş örtük layının olmaması səbəbilə 1.5 mm daha nazik olub. Lakin digər tərəfdən çox güman ki, Galaxy Z Fold 7 üçün nəzərdə tutulmuş stilusun ölçüsü böyük olacaq, onu smartfon gövdəsinə yerləşdirmək mümkün olmayacaq və üstəlik onu şarj etmək lazım gələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S25+ smartfonunun real fotoları ortaya çıxıb
    samsung-galaxy-s25-smartfonunun-real-fotolari-ortaya-cixib
    Samsung Galaxy S24 Ultra-nın ekranındakı əksetməyə qarşı olan örtükdə soyulma problemləri yaşanıb!
    samsung-galaxy-s24-ultra-nin-ekranindaki-eksetmeye-qarsi-olan-ortukde-soyulma-problemleri-yasanib
    Samsung Galaxy F06 smartfonunun ilk render fotoları və texniki imkanları təqdim edilib
    samsung-galaxy-f06-smartfonunun-ilk-render-fotolari-ve-texniki-imkanlari-teqdim-edilib
    Samsung yenilənmiş Bixby səsli köməkçisini istifadəyə verməyə hazırlaşır
    samsung-yenilenmis-bixby-sesli-komekcisini-istifadeye-vermeye-hazirlasir
    Samsung Galaxy M16 5G smartfonu Geekbench testlərindən keçib
    samsung-galaxy-m16-5g-smartfonu-geekbench-testlerinden-kecib