
Samsung Galaxy Z Fold 7 vacib özəllikdən məhrum ola bilər
Cihazlar+
21.01.2025
Emil
Samsung şirkəti bu ilin ikinci yarısında qatlana bilən Galaxy Z Fold 7 smartfonunu təqdim etməlidir. Ortaya çıxmış yeni məlumata əsasən sözügedən yeni qatlana bilən smartfon əsas özəlliklərindən birini itirə bilər. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 3-dən başlayaraq bütün Galaxy Z Fold modellərində S Pen stilusunun dəstəyi reallaşdırılıb. Lakin yeni məlumata əsasən Galaxy Z Fold 7 smartfonu keçən ilin oktyabr ayında təqdim edilmiş Galaxy Z Fold Special Edition smartfonunun yolu ilə gedə bilər.
Yəni yeni smartfon S Pen stilusunun dəstəyindən məhrum ola bilər. Keçən il təqdim edilmiş Galaxy Z Fold Special Edition smartfonu stilus dəstəyindən məhrum olduğu üçün Samsung onun gövdəsini daha nazik edə bildi. Nəticədə smartfonun tam açıq vəziyyətdə gövdə qalınlığı 4.9 mm, qatlanmış vəziyyətdə gövdə qalınlığı isə 10.6 mm təşkil etdi. Məlumata əsasən Samsung şirkəti Galaxy Z Fold 7-də də gövdənin nazik olmasına istiqamətlənmiş ola bilər. Bu halda smartfondan S Pen stilusunun dəstəyi aradan qaldırılacaq. Bununla yanaşı gözləntilərə əsasən Galaxy Z Fold 7 smartfonu Snapdragon 8 Elite prosessorunun 7 nüvəli versiyası vasitəsilə çalışacaq.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
