
Samsung Galaxy Z Fold 7 və Z Flip 7-nin nə zaman təqdim olunacaqları açıqlanıb
Cihazlar+
19.06.2025
Emil
Samsung yaxın zamanda yeni qatlana bilən smartfonlarını təqdim etməlidir. Söhbət, Galaxy Z Fold 7 və Z Flip 7 smartfonlarından gedir. Bu smartfonlar Samsung tərəfindən keçiriləcək Galaxy Unpacked tədbiri çərçivəsində təqdim olunacaqlar. İndi isə Evan Blass adlı məşhur insayder növbəti Galaxy Unpacked tədbirinin hansı tarixdə keçiriləcəyini açıqlayıb. Beləliklə insayderin vermiş olduğu məlumata inansaq, növbəti Galaxy Unpacked tədbiri 9 iyul tarixində baş tutacaq.

Qeyd etmək lazımdır ki, sözügedən tədbir çərçivəsində qatlana bilən Galaxy Z Fold 7 və Z Flip 7 smartfonları ilə yanaşı Galaxy Watch 8 ağıllı saatının da təqdim olunacağı gözlənilir. Bundan əlavə olaraq Samsung tədbir çərçivəsində Project Moohan kod adlı genişləndirilmiş reallıq cihazını bir daha sərgiləyə bilər. Hələ bir neçə müddət bundan öncə insayderlər məlumat vermişdilər ki, Samsung öz yeni qatlana bilən smartfonlarının kütləvi istehsalına artıq start verib. Bu isə öz növbəsində onların yaxın zamanda təqdim olunacaqlarına işarə edir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F36-nın xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb
