
Samsung Galaxy Z Fold 7 və Z Flip 7-nin təqdimat tədbiri rəsmi şəkildə anons edilib
Cihazlar+
24.06.2025
Emil
Samsung şirkəti bu il üçün nəzərdə tutulmuş növbəti Galaxy Unpacked tədbirini anons edib. Şirkət tərəfindən təqdim olunmuş posterə əsasən tədbir 9 iyul tarixində baş tutacaq. Şirkət bildirib ki, tədbir Nyu-Yorkda keçiriləcək. Sözügedən Galaxy Unpacked tədbirində nələrin təqdim olunacaları açıqlanmasa da, heç kim üçün sirr deyil ki, tədbir çərçivəsində qatlana bilən Galaxy Z Fold 7 və Z Flip 7 smartfonları təqdim olunacaq. Əsas diqqətlər məzh bu cihazlara yönələcək. Lakin bununla belə tədbirdə sözügedən smartfonlarla yanaşı Galaxy Watch 8 ağıllı saat seriyasının təqdim olunacağı da gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
