Samsung gələcək flaqman smartfonlarında fiziki düymələrdən tamamilə imtina edə bilər

Samsung gələcək flaqman smartfonlarında fiziki düymələrdən tamamilə imtina edə bilər

Mobil Cihazlar
15.09.2022 PAYLAŞIM

    Samsung şirkətinin gələcək flaqman smartfonları barəsində demək olar heçnə məlum deyil. Lakin onlar barəsində şayiələr artıq internetdə yayılır. İnsayderlərin verdikləri məlumatlara inansaq, Samsung-un Galaxy S seriyasını yaxın gələcəkdə dizayn baxımından ciddi dəyişikliklər gözləyir. Beləliklə verilmiş məlumatlara əsasən Samsung yaxın bir neçə il ərzində öz smartfonlarının gövdələrində fiziki düymələrdən tam şəkildə imtina etməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, şirkət gələcək flaqman smartfonlarında fiziki yandırıb/söndürmə və səsin tənzimlənməsi düymələrindən imtina edəcək. Fiziki düymələri sensorlu düymələr və ya proqram təminatının özü əvəzləyə bilər.


    Bununla belə şirkət bu cür dəyişikliyi 2025-ci ildən tez reallaşdırmayacaq. Buna görə də gələn il təqdim olunacaq Galaxy S23 seriyası, Galaxy Z Fold 5Galaxy Z Flip 5 smartfonları ənənəvi idarəetmə düymələri ilə təchiz olunacaqıar. İnsayderlər həmçinin fiziki düyməsiz dizayna sahib olacaq Samsung smartfonunun konsept fotosunu da təqdim ediblər. Heç istisna deyil ki, Samsung fiziki düymələrə sahib olmayan Galaxy S smartfonlarını məhdud sayda öz biznes müştəriləri üçün təqdim etsin. Bu halda adi alıcılar üçün nəzərdə tutulacaq smartfonlar ənənəvi fiziki düymələri özlərində birləşdirəcəklər. Ortaya çıxmış bu məlumatın rəsmi şəkildə təsdiqlənməməsi səbəbilə ona bir qədər şübhə ilə yanaşmaq lazımdır. Samsung-un özü isə gələcək smartfonlarının dizaynları barəsində heç bir fikir bildirməyib.



DAHA ÇOX


OPPO Find N3 Flip-in qlobal versiyasının ilk tizer fotosu təqdim edilib

OPPO şirkəti özünün qatlana bilən qapaqlı smartfonu OPPO Find N3 Flip-in qlobal versiyasının təqdima..


AnTuTu sentyabr ayı üzrə ən güclü Android flaqman smartfonların reytinqini təqdi..

AnTuTu bençmarkı sentyabr ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. ..


Google yeni qatlana bilən smartfonu üzərində çalışır

Google şirkəti iyun ayında öz ilk qatlana bilən smartfonu Pixel Fold-u təqdim etmişdi.


Xiaomi 14 Pro-nun ekranı barəsində ətraflı məlumatlar verilib

Xiaomi 14 Pro flaqman smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. ..


Qatlana bilən OnePlus Open video vasitəsilə sərgilənib (VİDEO)

OnePlus şirkəti öz ilk qatlana bilən smartfonu OnePlus Open barəsində materialları təqdim etməyə baş..


OPPO Find N3 Flip-in qlobal versiyasının təqdimat müddəti məlum olub

OPPO şirkəti avqust ayının sonunda qatlana bilən qapaqlı OPPO Find N3 Flip smartfonunu təqdim etdi...

×