Samsung, gələcək qatlana bilən smartfonlarında ekranının bütün nöqtələrinə barmaq izi oxuyucusu yerləşdirə bilər!
Cihazlar+
02.07.2024
Farid Pardashunas
Samsung, bütün ekranın barmaq izi oxuyucusu kimi işlədiyi bir patent üçün müraciət edib. Şirkətin gələcək qatlana bilən və yuvarlana bilən telefonları bu texnologiyadan istifadə edə bilər.
Ortaya çıxan yeni patentə görə, Samsung, müəyyən bir sahə əvəzinə bütün ekranı barmaq izi oxuyucusu kimi istifadə etməyi planlaşdırır. Belə ki, patentə əsasən, ekran panelinin altında barmaq izlərini oxuyan sensor təbəqəsi olacaq. Bu şəkildə telefonun kilidini açmaq daha asan hala gələcək. Bu sensor təbəqənin, xarici işıq mənbəyinə ehtiyac olmadan barmaq izini oxuya biləcəyi də bildirilir.
Samsung-un hazırkı qatlana bilən telefonlarında yan tərəfdəki güc düyməsinə inteqrasiya olunmuş barmaq izi oxuyucusu var. Bu patentlə biz tezliklə bütün ekranı əhatə edən barmaq izi oxuyucularını görə bilərik. X platformasından "xleaks7" adlı istifadəçinin bildirdiyinə görə, yeni texnologiya gələn il buraxılacaq Galaxy Z Fold 7 kimi qatlana bilən telefonlarla gələ bilər. Təbii ki, texnologiya çox yeni olduğu üçün bu iddiaya şübhə ilə yanaşmaqda fayda var.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Android 15 ilə OneUI 7.0-ı son yenilənmə kimi əldə edəcək Samsung smartfonlarının siyahısı təqdim edilib
Android 15 ilə OneUI 7.0-ı son yenilənmə kimi əldə edəcək Samsung smartfonlarının siyahısı təqdim edilib
Hər il Samsung-un bir sıra smartfonu üçün Android və OneUI yenilənmələrinin dəstəyi dayandırılır.
Samsung Galaxy S25 Ultra-nın dizaynında iti kənar hissələr olmayacaq
Samsung Galaxy S25 Ultra-nın dizaynında iti kənar hissələr olmayacaq
Son məlumatlara əsasən Samsung şirkəti gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 Ultra smartfonunda bəzi dizayn dəyişikliklərini planlaşdırır.
Samsung-un təqdimata hazırlaşan yeni cihazlarının render fotoları təqdim edilib
Samsung-un təqdimata hazırlaşan yeni cihazlarının render fotoları təqdim edilib
Samsung şirkəti dünən rəsmi olaraq anons etdi ki, növbəti Galaxy Unpacked təqdimat tədbiri 10 iyul tarixində baş tutacaq.
Samsung Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarının orijinal keyslərdə fotoları təqdim edilib
Samsung Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarının orijinal keyslərdə fotoları təqdim edilib
Samsung öz yeni qatlana bilən smartfonları Galaxy Z Fold 6 və Z Flip 6-nı 10 noyabr tarixində Parisdə baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində təqdim edəcək.
Büdcəli Samsung Galaxy A06-nın texniki imkanları ortaya çıxıblar
Büdcəli Samsung Galaxy A06-nın texniki imkanları ortaya çıxıblar
Samsung bu ilin sonuna kimi keçən ilki Galaxy A05 adlı büdcəli smartfonun davamçısını təqdim etməlidir. Söhbət, Galaxy A06-dan gedir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!