Logo
    main-post-cover

    Samsung gələn il 20 milyon ədəd qatlana bilən smartfon satmağı hədəfləyib

    Cihazlar+
    23.10.2023
    Emil
         Qatlana bilən smartfonlar bazarı genişlənməkdə davam edir və bu bazarın lideri kimi Samsung şirkəti qalır. Məlum olub ki, şirkətin gələn il üçün qatlana bilən smartfonlarla bağlı iddialı məqsədi var. Belə ki, verilmiş məlumata əsasən Samsung 2024-cü ildə 20 milyon ədəd qatlana bilən smartfon satmağı hədəfləyib. Bu, proqnozlara əsasən bu il ərzində satılacaq bütün qatlana bilən smartfonların ümumi sayına bərabərdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Samsung bu il ərzində ümumilikdə 15 milyon ədəd qatlana bilən smartfon satmağı planlaşdırır. Lakin analitiklərin fikirlərinə əsasən şirkət bu il ərzində maksimum 10 milyon ədəd qatlana bilən smartfon sata biləcək. Yəni 20 milyon ədəd satış planı bu il üçün real satış göstəricisindən 2 dəfə böyükdür.
    Paylaş