Logo
    main-post-cover

    Samsung gələn il ucuz qiymətə satılacaq qatlana bilən smartfonları təqdim edə bilər

    Cihazlar+
    22.08.2023
    Emil
        Samsung yaxın gələcəkdə öz qatlana bilən smatfonlarının daha sadələşdirilmiş versiyalarını təqdim edə bilər. Bu cür smartfonların adlarında isə FE prefiksi olacaq. İnsayderlərin vermiş olduqları məlumata əsasən Samsung bu cür smartfonu artıq 2024-cü ildə təqdim edə bilər. Gözləntilərə əsasən qatlana bilən smartfonunun sadələşdirilmiş versiyasını şirkət Galaxy Z Fold 6Z Flip 6-nın satışa çıxmasından sonra sərgiləyəcək. Sadələşdirilmiş qatlana bilən smartfonun Fold və ya Flip form-faktorunda olacağı bilinmir. Lakin güman etmək olar ki, böyük ehtimalla smartfon Flip form-faktorunu əldə edəcək. Bu cür smartfonun 1000$-dan aşağı qiymətə satılacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər