
Samsung generativ süni zəka imkanlarına sahib olacaq smartfon üzərində çalışır
Cihazlar+
02.11.2023
Emil
Samsung şirkəti elan edib ki, o, generativ süni zəka imkanlarını özündə birləşdirəcək smartfon üzərində çalışır. Smartfon Galaxy brendi çərçivəsində hazırlanır və o artıq gələn il təqdim olunacaq. Samsung təmsilçilərinin sözlərinə əsasən generativ süni zəka imkanları yeni smartfonun istifadəçilərinə xüsusi istifadə təcrübəsi qazandıracaq. Smartfon həmin imkanları hətta internetə qoşulmadan da yerinə yetirəcək. Yəni generativ süni zəka imkanları yeni smartfonda lokal səviyyədə reallaşdırılacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, Samsung məhz özünün generativ süni zəka sistemini hazırlayır.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
