
Samsung genişləndirilmiş reallıq (XR) cihazını sərgiləyib
Cihazlar+
23.01.2025
Emil
Dünən gecə baş tutmuş Galaxy Unpacked 2025 tədbirində Galaxy S25 smartfon seriyasının təqdimatından Samsung Galaxy S25 Edge ilə yanaşı daha bir yeni məhsulunu sərgiləyib. Söhbət, Project Moohan adlı genişləndirilmiş reallıq (XR) cihazından gedir. Samsung-un öz ilk genişləndirilmiş reallıq cihazı üzərində çalışması barəsində məlumat hələ keçən il ortaya çıxmışdı. İndi isə şirkət bu cihazın xarici görünüşünü sərgiləyib. Cihazın final versiyasının eyni xarici görünüşə sahib olub-olmayacağı bilinmir. Lakin cihaz bir qədər Apple Vision Pro-ya bənzəyir.
Qeyd etmək lazımdır ki, bu layihə üzərində Samsung ilə yanaşı Google və Qualcomm şirkətləri də çalışırlar. Şirkət Project Moohan-ın texniki imkanları barəsində məlumat verməyib. Lakin bununla belə Samsung təsdiqləyib ki, cihaz Android XR vasitəsilə çalışacaq. Daha öncəki məlumat sızıntılarına inansaq, Samsung-un ilk genişləndirilmiş reallıq cihazı özündə yüksək təsvir yenilənməsinə sahib ekranları birləşdirəcək və Snapdragon XR2+ Gen 2 prosessoru vasitəsilə çalışacaq. Çox güman ki, Samsung-un XR cihazının tam təqdimatı bu ilin ikinci yarısında baş tutacaq.
Paylaş
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
