main-post-cover

    Samsung gövdə ətrafını tamamilə əhatə edən ekrana sahib smartfonu patentləşdirib (VİDEO)

    Cihazlar+
    21.03.2022
    Farid Pardashunas
        Samsung şirkəti gövdə ətrafını tamamilə əhatə edən ekrana sahib smartfonu patentləşdirib. Şirkət tərəfindən patentləşdirilmiş smartfonu əhatə edən rəsmi sənədlər əsasında sözügedən cihazın artıq konseptual videosu da hazırlanıb. Konseptual video bu cür smartfonun final versiyasının necə görünə biləcəyini sərgiləyib. ABŞ-ın UPSTO adlı departamentində qeydiyyatdan keçirilmiş patent konseptual cihazın dizaynını və idarəetmə elementlərini ortaya qoyur. Məlumatda qeyd edilib ki, bu cür smatfonun ekranı stilus ilə idaəretmə özəlliyini dəstəkləyir. Bununla belə smartfonun ekranı ön, arxa panelləri və o cümlədən kənar hissələri tamamilə əhatə edir.
        Bu halda smartfonun kənar hissələri səsin tənzimlənməsi üçün nəzərdə tutulmuş sensorlu düymələrin və tətbiqlərin ikonlarının əks olunmalarında istifadə edilir. Bu üsul ilə istifadəçi tətbiqlərə sürətli keçid edə bilər. LetsGoDigital saytının dizaynerləri həmçinin patent sənədləri əsasında sözügedən smartfonun 3D render fotolarını da hazırlayıblar. Gözləntilərə əsasən cihazda stilusun saxlanması üçün ayrıca yer də reallaşdırıla bilər. Bundan əlavə olaraq render fotolardan da görmək olar ki, smartfon ekranının yuxarı hissəsində üçlü ön kamera yerləşdirilib.
        Yandırıb/söndürmə düyməsi smartfonun yuxarı hissəsində, USB Type-C girişi isə aşağı hissəsində yerləşir. Güman olunur ki, bu və ya digər kontent ilə məlumatın ön paneldəki ekrandan arxa paneldəki ekrana köçürülməsi üçün sadə barmaq hərəkəti kifayət edəcək. Məsələn Gallery-dəki bütün sıralanmış fotoların arxa paneldə yerləşəcəkləri bir vaxtda istifadəçi tərəfindən seçilmiş konkret foto ön paneldə yerləşəcək. Samsung şirkətinin bu cür cihazın kommersiya məqsədli versiyasını hazırlayıb-hazırlamayacağı hələ bilinmir. Sözügedən smartfon hələ ki, patent sənədləri üzərində mövcuddur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər