Samsung ictimai məkanda parol qoruması üçün yeni texnologiya hazırlayır
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Samsung qarşıdan gələn Galaxy smartfonları üçün yeni və maraqlı məxfilik funksiyası üzərində çalışdığını açıqlayıb. Şirkət rəsmi bloq paylaşımında bu yeniliyin “piksel səviyyəsində” işləyəcəyini bildirib. Buradakı “piksel” ifadəsi Google Pixel telefonları ilə bağlı deyil. Ekranın hər bir pikselinə qədər detallı qoruma mexanizmini nəzərdə tutur.
Samsung hələlik texniki detalları açıqlamasa da, bu funksiyanın ictimai məkanlarda parol daxil edərkən ətrafdakılardan ekran məzmununu gizlətməyə kömək edəcəyi deyilir. İstifadəçi istəyə görə bu qorumanı yalnız seçilmiş tətbiqlər üçün aktivləşdirə, yaxud bildiriş pəncərələrindəki həssas məlumatları avtomatik gizlədə biləcək. Gözləntilərə görə, bu yeni “piksel səviyyəli” məxfilik qalxanı fevralın sonlarında keçirilməsi ehtimal olunan növbəti Galaxy Unpacked tədbirində təqdim ediləcək və Galaxy S26 seriyası ilə birlikdə nümayiş olunacaq.
Bununla paralel olaraq, son sızıntılar Galaxy S26 modellərində “Privacy Display” adlı yeni bir ekran funksiyasının olacağını da demək olar ki, təsdiqləyib. Böyük ehtimalla, Samsung-un bəhs etdiyi yeni məxfilik mexanizmi elə bu xüsusiyyətin özüdür. Əgər belədirsə, tam yenilik olmaya bilər, çünki bu funksiya artıq texnologiya icmalarında müzakirə olunurdu.
Paylaş