Logo
    main-post-cover

    Samsung kompakt ölçülü Galaxy S Ultra-nı hazırlamağı planlaşdırır

    Cihazlar+
    13.12.2023
         Samsung şirkətinin hər il təqdim etdiyi yeni Galaxy S Ultra smartfonu öz böyük ölçüsü ilə seçilir. Lakin insayderlərin verdikləri yeni məlumata əsasən şirkət kompakt ölçülü Galaxy S Ultra-nın təqdim olunmasını planlaşdırır. Məlumatda qeyd edilib ki, flaqman texniki imkanlar və kompakt ölçü şirkətə iPhone Pro ilə rəqabət aparmağa yardımçı olmalıdırlar. Məlumata əsasən Samsung kompakt ölçülü Galaxy S Ultra-nın istehsalı barəsində hələ yekun qərar verməyib və şirkətin planları gələcəkdə dəyişə bilər. Bundan əlavə olaraq insayderlər bildiriblər ki, Samsung Galaxy S25 smartfon seriyasından sonra Galaxy S smartfonlarının dizaynlarında ciddi dəyişiklik edəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung kompakt ölçülü Galaxy S Ultra-nı hazırlamağı planlaşdırır | Technote