Samsung mobil oyunlar üçün Gaming Hub platformasını yeniləyib
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, CES 2026 çərçivəsində yeni televizorlar, monitorlar və digər avadanlıqlarını təqdim edən Samsung mobil oyun sahəsində də mövqeyini gücləndirməyə çalışır. Şirkət smartfonlar üçün Gaming Hub platformasının yenilənmiş versiyasını elan edib.
Engadget-ə müsahibəsində Samsung-un Oyun Xidmətləri üzrə vitse-prezidenti Jong Woo bildirib ki, yeni Gaming Hub istifadəçilərə daha fərdiləşdirilmiş tövsiyələr, daha sürətli oyun təcrübəsi və yeni çıxan oyunların daha rahat kəşfi imkanını təqdim edəcək. Hazırda Galaxy cihazlarında aktiv olan bu yeniləmə gələcəkdə daha da genişləndiriləcək. Jong Woo-nun sözlərinə görə, mobil oyunçular öz maraqlarına uyğun yeni məzmun tapmaqda çətinlik çəkir. Samsung bu problemi “instant play” funksiyası ilə həll etməyi planlaşdırır. Bu texnologiya sayəsində bəzi Android oyunlarını yükləmədən, birbaşa bulud üzərindən sınaqdan keçirmək mümkün olacaq.
Samsung bildirir ki, Gaming Hub platforması smartfonlar və digər cihazlar daxil olmaqla 160 milyondan çox istifadəçiyə malikdir. Buna baxmayaraq, şirkət hesab edir ki, mobil oyunlarda kəşf mexanizmi hələ də zəifdir və ciddi yeniliklərə ehtiyac var.
Paylaş