Logo
    main-post-cover

    Samsung MWC 2024 sərgisində Galaxy Ring smart üzüyünü sərgiləyib

    Cihazlar+
    26.02.2024
    Emil
         Samsung şirkəti MWC 2024 sərgisi çərçivəsində özünün Galaxy Ring adlı smart üzüyünü sərgiləyib və onun barəsində məlumatlar verib. İlk növbədə qeyd etmək lazımdır ki, bu, Galaxy Ring-in tam təqdimatı deyil. Şirkət bildirib ki, smart üzüyün təqdimatı bu ilin ikinci yarısında baş tutacaq. Smart üzüyün nə zaman satışa çıxacağı məsələsinə gəldikdə isə şirkət bildirib ki, satışlara bu il start veriləcək. Sərgi çərçivəsində Galaxy Ring-i test etmiş şəxslərin sözlərinə əsasən smart üzük olduqca yüngüldür. Bununla belə şirkət bildirib ki, Galaxy Ring bir dəfə şarj olunandan sonra uzun müddət ərzində çalışa biləcək.
         Smart üzüyün bir dəfə şarj olunandan sonra təqribi olaraq 7 gün ərzində çalışa biləcəyi gözlənilir. Samsung təmsilçilərinin sözlərinə əsasən Galaxy Ring-də aparıcı sensorlardan istifadə edilir. Smart üzüyün əsas üstünlüklərindən biri də yuxu zamanı onun istifadəçi orqanizminin müxtəlif göstəricilərini monitorinq etməsidir. Məsələn smart üzük nəfəs tezliyinə, ürək döyüntüləri tezliklərinə, yuxu zamanı istifadəçinin hərəkətlərinə nəzarət edə biləcək. Bununla yanaşı smart üzük qandakı oksigen miqdarını, dəri temperaturunu ölçə və qadınlarda menstrual dövrü monitorinq edə biləcək. Samsung-un planına əsasən şirkətin smartfonları, smart saatları və hətta smart ev əşyaları bu smart üzük ilə birgə sinxronlaşdırılmış vahid ekosistemdə çalışacaqlar.
    Paylaş