
Samsung növbəti Galaxy Unpacked təqdimat tədbirini rəsmi şəkildə anons edib
Samsung şirkəti növbəti Galaxy Unpacked təqdimat tədbirini rəsmi şəkildə anons edib. Daha öncəki məlumat sızıntısında da qeyd edildiyi kimi növbəti Galaxy Unpacked tədbiri 10 iyul tarixində baş tutacaq. Təqdimat tədbiri Parisdə keçiriləcək. Qeyd etmək lazımdır ki, 10 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbirində yeni qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları, Galaxy Watch 7 və Galaxy Watch Ultra smart saatları, o cümlədən Galaxy Ring smart üzüyü təqdim olunmalıdırlar. Heç istisna deyil ki, şirkət üstəlik Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqlarını da təqdim etsin. Üstəlik Galaxy AI ekosisteminin yeni süni zəka funksiyalarının olacağı da gözlənilir.
samsung foldable phone
samsung foldable phone 2024
samsung galaxy watch 7
samsung galaxy z fold 6
samsung
samsung galaxy ring
samsung galaxy unpacked 2024
samsung galaxy z flip 6
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...